525.Az

Türkiyənin vitse-prezidenti Füzuli aeroportu ilə tanış olub, Şuşanı ziyarət edib - Yenilənib (foto)


 

Türkiyənin vitse-prezidenti Füzuli aeroportu ilə tanış olub, Şuşanı ziyarət edib - <b style="color:red"> Yenilənib (foto)</b>

Azərbaycanın Baş naziri Əli Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuat Oktay Şuşa şəhərində olublar.

Bu barədə 525.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Ə.Əsədov və Türkiyənin Vitse-prezidenti F.Oktay Şuşada mədəni abidələri və şəhərin görməli yerlərini ziyarət ediblər, o cümlədən Şuşa şəhər meydanı, Yuxarı Gövhər Ağa məscidi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olublar.

Daha sonra Şuşa şəhərində Ə.Əsədovun və F.Oktayın Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.

xxx

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Füzuli Beynəlxalq Hava Limanında qarşılayıb.

Nazirlər Kabinetindən 525.az-a verilən xəbərə görə, Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olduqdan sonra Azərbaycanın Baş naziri və Türkiyənin Vitse-prezidenti Şuşa şəhərinə yola düşüblər.

 





05.11.2022    çap et  çap et