525.Az

Belçikalı "Kiçik Eynşteyn" 12 yaşında doktoranturaya başlayır


 

Belçikalı "Kiçik Eynşteyn" 12 yaşında doktoranturaya başlayır<b style="color:red"></b>

Belçikada "möcüzə oğlan" kimi tanınan 12 yaşlı Laurent Simons kvant fizikası üzrə magistr təhsilini başa vurduqdan sonra tezliklə doktoranturaya başlayacaq.

525.az xəbər verir ki, Simonun atası Alexander Simons, 12 yaşlı oğlunun Almaniyadakı "Maks Plank İnstitutu"nda elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alacağını söyləyib. Doktorantura proqramı haqqında ətraflı məlumat verməyən ata Simons bunun kimya, tibb və fizikanın qarışığı olacağını və oğlunun vaxtının çox hissəsini laboratoriyada keçirəcəyini bildirib. 

Alexander Simons oğlunun özünü tək bir sahə ilə məhdudlaşdırmaq istəmədiyini qeyd edib. Belçikanın qərbindəki Ostend sahil şəhərində anadan olan Laurent Simons 6 yaşında ibtidai məktəbi bitirib. 9 yaşında Belçikada universitetə başlayan Simons diplomunu 11 yaşında alıb. O eyni zamanda bu yay 12 yaşında Antverpen Universitetində kvant fizikası üzrə magistr dərəcəsini tamamlayıb.

Qeyd edək ki, Simons, qandan xərçəngi aşkar edən lazerlər üzərində araşdırma aparan bir qrupla PhD dərəcəsini davam etdirəcəyi "Maks Plank İnstitutu"nun professorları ilə işləyirdi.

Məhəmməd Tağıyev

 





05.11.2022    çap et  çap et