525.Az

Rusiya və Ukrayna arasında əsir mübadiləsi


 

Rusiya və Ukrayna arasında əsir mübadiləsi<b style="color:red"></b>

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparılıb. Bu dəfə 107 Rusiya və 107 Ukrayna əsgəri qarşılıqlı olaraq azad edilib.

525.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Ukrayna tərəfi ilə aparılan danışıqlar nəticəsində 107 rus əsgəri azad edilib. Əsgərlərə lazımi tibbi və psixoloji dəstəyin göstərildiyi, həmin şəxslərin nazirliyə məxsus təyyarələrlə paytaxt Moskvaya aparılacağı bildirilib. Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi nəticəsində 74-ü Azovstal zavodunda döyüşən 107 ukraynalı əsgərin azad edildiyini açıqlayıb. Yermak: "Müharibə yaralılarının çoxunu evə gətirdik. Xüsusilə Mariupol və Azovstalda ağır yaralanan və yataq xəstəsi olan insanları dəyişdirə bildik. Onların arasında Yelenovskaya koloniyasında baş verən partlayışda yaralanan bir əsgərimiz də var", - deyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında ən son məhbus mübadiləsi oktyabrın 29-da olub və 52 ukraynalı və 50 rusiyalı azad edilmişdi.

Məhəmməd Tağıyev

 





05.11.2022    çap et  çap et