525.Az

Fransada irqçilik: Sağçı deputat qaradərili deputata: 'Afrikaya qayıt!'


 

Fransada irqçilik: Sağçı deputat qaradərili deputata: ' width=234 hspace=5 vspace=5 border=1 align=left />

Fransada irqçilik Milli Assambleyanı ayağa qaldırıb. Sağçı millət vəkili qaradərili deputata “Afrikaya qayıt!” deyə qışqırıb. 

525.az xəbər verir ki, deputatın qalmaqallı sözlərindən sonra iclas dayandırılıb. Fransa Milli Assambleyasında hökumətə sual verərək, Fransa Boyun Əyməz (LFI) partiyasından olan qaradərili deputat Karlos Martens Bilonqo Norveç bayraqlı “Ocean Viking” gəmisi tərəfindən xilas edilən və dənizdə qalan 234 nəfərin vəziyyətini gündəmə gətirib. İfrat sağçı Milli Birlik (RN) partiyası deputatı Qrequar de Fournas "Afrikaya qayıt!" deyə qışqıraraq zalı tərk edib.

Malik Atilay

 





05.11.2022    çap et  çap et