525.Az

"Twitter"də ixtisarlar başlayıb


 

"Twitter"də ixtisarlar başlayıb<b style="color:red"></b>

Sosial media şirkəti “Twitter” cümə günü işçilərin ixtisarına başlamağı planlaşdırdığını bildirib. 

525.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərə görə, “Twitter” rəhbərliyi məsələ ilə bağlı işçilərə elektron məktub göndərib. Sözügedən elektron poçtda cümə səhərindən etibarən işçilərə iş statusu ilə bağlı məlumat veriləcəyi bildirilib. "Twitteri sağlam bir yola salmaq üçün cümə günü qlobal işçi qüvvəmizi azaltmaq üçün çətin bir prosesdən keçəcəyik", - qeyd olunan e-poçtda bu addımın şirkətin davamlı uğuru üçün zəruri olduğu bildirilib. 

“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask “Twitter”i 44 milyard dollara satın aldıqdan sonra şirkətin 7500 əməkdaşının ixtisar ediləcəyi xəbəri daha əvvəl mətbuatda yer almışdı. Satınalma prosesi başa çatdıqdan sonra Mask əvvəlcə “Twitter”in baş icraçısı (CEO) Parag Agrawal, baş maliyyə direktoru (CFO) Ned Segal, baş hüquq və siyasət meneceri Vijaya Gadde və baş məsləhətçi Sean Edgetti işdən çıxarıb.

Malik Atilay

 





05.11.2022    çap et  çap et