525.Az

Oqtay Əsədov: “Sən danışmasan, gecə yata bilməzsən...”


 

Oqtay Əsədov: “Sən danışmasan, gecə yata bilməzsən...” <b style="color:red"></b>

Parlamentin iyunun 20- keçirilən növbədənkənar sessiyasının ilk iclasında cari məsələlərin müzakirəsinə 40 dəqiqəyə yaxın vaxt ayrılıb. Ancaq spiker Oqtay Əsədovun cari məsələlərin müzakirəsindən gündəliyə keçmək istəyərkən deputat Zahid Oruc söz almaq istəyib. Bu zaman spiker deputatasən danışmasan, gecə yata bilməzsən...” deyərək Z.Oruca mikrofon verib.

Z.Oruc isəÇağ Öyrətimməktəblərinin bağlanmasından danışıb: “Yəqin bilirsiniz ki, o məktəblərdə oxuyan uşaqlar heç imkansız ailələrin uşaqları deyil, sizin, mənim kimi vəzifəlilərin övladlarıdır. Orda yaxşı təhsil verilirdi. Kifayət qədər uğurları var idi. Azərbaycanı təmsil edirdi. Orda təhsil alanlar kifayət qədər təhsilli uşaqlardır. Buna görə gələcəkdə vəzifə karyerlarında bu məktəblərdə oxuduqlarına görə maneələrlə üzləşməməlidirlər. Azərbaycan dövləti təhsil müəssisələrinin bağlanmasında deyil, inkişafında maraqlıdır. Bu qərar Azərbaycana lazım deyildi. Əgər belə bir qərar qəbul edilibsə, yəqin geniş izahı veriləcək”.

Kamil HƏMZƏOĞLU

 





21.06.2014    çap et  çap et