525.Az

OPEC-in baş katibi: Neft bazarına investisiyalar ikiqat artırılmalıdır


 

OPEC-in baş katibi: Neft bazarına investisiyalar ikiqat artırılmalıdır<b style="color:red"></b>

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heytham əl-Qeys bəyan edib ki, enerji bazarlarında gələcək dalğalanmaların qarşısını almaq üçün qlobal neft sektoruna investisiyalar sürətlə iki dəfə artırılmalıdır.

525.az xəbər verir ki, BƏƏ-nin WAM xəbər agentliyinə danışan Qeys, bütün dünyanın təkcə neft sektoruna təxminən 12 trilyon dollarlıq investisiyaya ehtiyacı olduğunu bildirib. Qeys bildirib ki, sərmayələrlə bağlı addımlar sürətlə atılmazsa, nəticələr hazırkı qlobal enerji böhranından daha ağır ola bilər. Keçən illərdə sektorda ən çox rast gəlinən çətinliklərdən birinin neft bazarlarında baş verən dalğalanmalar və tələb-təklif balansının pozulması olduğuna diqqət çəkən Qeys, hazırda gündəlik 99 milyon barel olan neftə tələbatın 2009-cu ildə orta hesabla 2000-ci ilə qədər artacağını bildirib. 

Enerji sektorunda ən mühüm problemlərin enerjidən istifadənin transformasiyası və ümumilikdə enerjinin, xüsusən də neftin gələcəyi ilə üzləşə biləcəyini qeyd edən Qeys, OPEC-in enerjinin bütün növlərini qiymətləndirmək siyasətini qəbul etdiyini deyib.  Enerji sərmayələrindəki ləngimənin neft qiymətlərindəki kəskin dalğalanmalardan qaynaqlandığını deyən Qeys, OPEC-in rolunun neft bazarında sabitliyi qorumaq olduğunu bildirib.

Məhəmməd Tağıyev

 





05.11.2022    çap et  çap et