Polşa və Litva arasında kəşfiyyat məlumatlarının mübadiləsi, hərbi və müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
525.az xəbər verir ki, Litva Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Valdemaras Rupşis və Polşa Baş Qərargahının rəisi general Rajmund Andjeyçak tərəfindən imzalanmış saziş əməkdaşlığın prioritetlərini və əsas istiqamətlərini əhatə edir.
Razılaşmanın bütün ölçülərdə kəşfiyyat məlumatlarının paylaşılmasına dair aydın təlimatları ehtiva etdiyini qeyd edən Rupşis: "Biz bunu illərdir edirik və bu əməkdaşlıq Litva üçün xüsusilə vacibdir, çünki Polşa Silahlı Qüvvələri bizə tam kəşfiyyat yardımı göstərir", - deyib.
Sənədin hərbi təlimlərə də toxunduğunu qeyd edən Rupşis: "Müqavilə elan edilməmiş təlim imkanları təmin edir. Biz bu cür təlimlər zamanı qüvvələrin hazırlığını yoxlayaraq ərazi birliyini və bütövlüyünü təmin edəcəyik. Bu, çəkindirici tədbirlərdən biri olacaq", - ifadələrini işlədib.
Məhəmməd Tağıyev
çap et