525.Az

Yaponiya "Saxalin-1" layihəsindəki payını qoruyacaq


 

Yaponiya "Saxalin-1" layihəsindəki payını qoruyacaq<b style="color:red"></b>

Yapon səhmdarları Rusiyanın şərqindəki "Saxalin 1" neft-qaz layihələrində öz paylarını qoruyub saxlayacaqlar.

525.az xəbər verir ki, Rusiyanın Saxalin adasındakı "Saxalin-1" neft-qaz layihəsinin yapon səhmdarları layihə payları ilə bağlı qərar qəbul ediblər. Layihə üçün Yaponiya şirkətləri tərəfindən Tokioda təsis edilmiş "Sakhalin Oil and Ga Development Company" (SODECO) öz səhmdarlarını toplayıb. NHK dövlət televiziyasının məlumatına görə, yapon səhmdarları "Saxalin 1" neft-qaz layihələrində paylarını saxlamaq qərarına gəliblər. Qərardan sonra iqtisadiyyat, ticarət və sənaye naziri Nişimura Yasutoşi: "Saxalin-1 yaxın şərqdən kənarda alternativ resurs olaraq son dərəcə əhəmiyyətli bir layihədir", - deyib. 

Həftə ərzində SODECO nümayəndələri ilə görüşən nazir Nişimura qərarla bağlı məsləhətləşmişdi. Enerji təchizatında sabitliyə can atan Yaponiya hökumətinin səhmdarlara çağırışı sözügedən qərarın qəbul edilməsində təsirli olub. Ukrayna-Rusiya böhranından sonra Yaponiya "G-7" ilə birbaşa mütənasib olaraq iqtisadi sanksiyalar çərçivəsində Rusiyadan neft ixracını dayandırmışdı. NHK xəbər verir ki, Yaponiya hökuməti hazırda "Saxalin-1" layihəsindən neft idxal etmir. 

Rusiya prezidenti Vladimir Putin ötən ayın əvvəlində "Saxalin-1" layihəsində yeni əməliyyat şirkətinin yaradılması haqqında fərman imzalamışdı. Fərmandan sonra Rusiya administrasiyası yeni əməliyyat şirkəti vasitəsilə layihənin xarici səhmdarlarından mövcud səhmlərini saxlamaq üçün onların mövqeyini soruşmuşdu. Əvvəlki operator statusu ilə səlahiyyətlərini özündə saxlayan yeni şirkət isə müqavilə şərtlərini təklif etdiyi layihə payçılarından bir ay ərzində müraciət etmələrini xahiş etmişdi.

Məhəmməd Tağıyev

 





06.11.2022    çap et  çap et