|
|
|
|
Almaniyada Pumukel adlı poni 50 santimetr uzunluğu və 35 kiloqram çəkisi ilə Ginnesin Rekordlar Kitabına düşməyə hazırlaşır.
525.az xəbər verir ki, Pumukelin boyu cəmi 50 santimetr, çəkisi isə 35 kiloqramdır. Pumukel avtomobillə səyahət etməyi, qaçmağı və digər ponilərlə vaxt keçirməyi sevir. Onun sahibi Karola Veydeman da ona digər ponilərdən fərqli olaraq evə girib nahar etməsinə icazə verir. Onu hər zaman sevmək, sığallamaq, qucaqlamaq istədiyini deyən Veydemann: "O sevgi dolu bir poni və yaxşı dostdur", - deyib.
Dünyanın ən kiçik ponisi olaraq Ginnesin Rekordlar Kitabına girməyə hazırlaşan Pumukel bir az daha gözləyəcək. Çünki bu ada layiq görülməsi üçün onun 4 yaşının tamam olması lazımdır.
Məhəmməd Tağıyev