525.Az

ABŞ siyasətində dönüş nöqtəsi: 8 noyabr seçkiləri


 

ABŞ siyasətində dönüş nöqtəsi: 8 noyabr seçkiləri<b style="color:red"></b>

Noyabrın 8-də ABŞ-da keçiriləcək ara seçkilər mühüm dönüş nöqtəsi olacaq. Bəs, seçkilərdə iştirak nisbəti necə görünəcək, seçicilərin gözləntiləri necədir?

525.az xəbər verir ki, ara seçki adlandırılsa da, ABŞ siyasətində bütün balansları dəyişə biləcək qırılma nöqtəsi 8 noyabr seçkiləridir. Baydenin Konqresdəki üstünlüyünü itirməsi son 2 ilin ABŞ prezidenti üçün kabusa çevrilməsi deməkdir. Həm demokratlar, həm də respublikaçılar seçkinin əhəmiyyətinin fərqindədirlər. 

ABŞ-da son illərdə artan qütbləşmə 8 noyabr seçkilərini böyük bir qarşıdurmaya çevirdi. Corciya kimi ştatlarda səsvermə nisbətinin son illərlə müqayisədə artacağı gözlənilir. Görünür, seçkidə gündəmə gələcək mövzu iqtisadiyyat olacaq. Xüsusilə, demokratlar bildirirlər ki, dünyada baş verən böhranda Bayden administrasiyasını günahlandırmaq olmaz. Respublikaçılar seçkiyə daha həvəsli görünsələr də, ekspertlər demokratların Trampla bağlı narahatlığını vurğulayıblar.

Qeyd edək ki, seçkilərin nəticəsinin Bayden və Trampın 2024-cü il namizədliyinə birbaşa təsir edəcəyi gözlənilir.

Məhəmməd Tağıyev

 





06.11.2022    çap et  çap et