525.Az

Dünyaca məşhur aşpaz restoranını bağlamaq qərarı alıb


 

Dünyaca məşhur aşpaz restoranını bağlamaq qərarı alıb<b style="color:red"></b>

Dünyaca məşhur aşpaz restoranını bağlamaq qərarına gəlib. Dad həvəskarları qərarın səbəbini eşidəndə təəccüblərini gizlədə bilməyiblər.

525.az xəbər verir ki, İngiltərənin Oswestry şəhərindəki məşhur Michelin ulduzlu restoranın aşpazı Mark Sebastyan Fişer dad və qoxu hissini itirib. 

Dadmadığı yeməkləri müştərilərə satmaq istəməyən Sebastyan dünyaca məşhur restoranını bağlamaq qərarına gəlib. Baş aşpaz Sebastian və onun restoranı dünyaca məşhur mətbəxlərə verilən Michelin mükafatlarında 2 ulduza layiq görülüb. 

33 ildir eyni restoranı idarə edən dünya şöhrətli aşpaz Fransa və İsveçrədə aldığı xüsusi təlimlərlə öz mətbəxini dünyanın ən yaxşıları sırasına çıxarmağı bacarıb.

Malik Atilay

 





06.11.2022    çap et  çap et