525.Az

Uşağın dişlədiyi kobra ölüb


 

Uşağın dişlədiyi kobra ölüb<b style="color:red"></b>

Hindistanda yaşayan 8 yaşlı uşaq kobranın hücumuna məruz qalıb. Bütün cəhdlərinə baxmayaraq, ilandan xilas ola bilməyən oğlan təəccüblü hərəkət edərək heyvanı dişləyib. Yerli media ilanın öldüyünü, uşağın isə sağ qaldığını açıqlayıb. 

525.az xəbər verir ki, Hindistanın Chhattisgarh bölgəsindəki ucqar Pandarpadh kəndində yaşayan və adı Dipak olan 8 yaşlı uşaq möcüzəvi sağ qalma hekayəsində baş rolu oynayıb. 

Kənddəki evlərinin bağçasında oynayan Dipak kobranın hücumuna məruz qalıb.

İlanın qəfildən qoluna ilişib dişlərini dərisinə batırdığını deyən uşaq heyvandan xilas olmağa çalışsa da, buna nail ola bilməyib. İlanın hücumundan heç cür xilas ola bilməyəcəyini başa düşən uşaq hər kəsi şoka salan bir addım atıb və ilanı dişləyib.

“The New Indian Express”ə açıqlamasında: "Nə etdimsə ilandan xilas ola bilmədim, ona görə də onu iki dəfə bərk dişlədim. Hər şey bir anda oldu", - deyib. 

“The New Indian Express” qəzeti kobranın öldüyünü və ailənin böyük narahatlıqla oğlunu xəstəxanaya apardığını yazıb. Uşağı yoxlayan həkimlər ilan zəhərinin Dipaka keçmədiyini bildiriblər. "Quru dişləmə" kimi tanınan bu vəziyyətdə, ilan zəhərini buraxmadığı üçün qurbanlar tez sağalırlar.

Malik Atilay

 





06.11.2022    çap et  çap et