Kökü illər əvvələ söykənən bu ənənəvi gündə yapon mədəniyyətini haykular olmadan təsəvvür etmək mümkün deyil. Haiku (yaponca 俳句, bu gün bütün dünyada məşhur olan ənənəvi yapon şeir janrıdır. Dünyanın ən qısa şeir növü hesab olunur.
525.az olaraq bir neçə hayku nümunəsini oxucularımız üçün tərcümə etmişik.
Toiku
İşıq dirəkləri
Hər gecə yalnız qalırlar
Yalnız və işıqlı
***
Buson
Ay qərbə sarı uzandıqca
Şərqə tərəf uzanır
Kölgəsi çiçəklərin
***
Boncho
Öz istəyiylə düşür yarpaq
Küləksiz,
Sakit bir gündə
***
Basyo
Sanki ildırımı əlinə alırsan
Qaranlıqda
İşıq yandıran zaman
***
İssa
Kədərlidir dünya
Hətta
Albalılar çiçək açanda belə
Malik Atilay
çap et