Yaponiya Çinin nüfuzunu artırdığı Hind-Sakit okean regionunda təhlükəsizlik sahəsində əməkdaşlıq üçün Böyük Britaniya ilə hərbi saziş imzalayacaq.
525.az xəbər verir ki, Çinin Hind-Sakit okean regionunda təsirini tarazlaşdırmaq axtarışlarını davam etdirən Yaponiya hökuməti Avropa ölkələri, eləcə də ABŞ ilə əməkdaşlığı artırmağa çalışır.
Britaniyanın Financial Times qəzeti xəbər verir ki, Britaniya və Yaponiya təhlükəsizlik sahəsində əməkdaşlığı artırmaq üçün gələn ay hərbi müdafiə sazişi imzalamağa hazırlaşır. İki ölkə arasında “Qarşılıqlı Giriş Sazişi” (RAA) danışıqlarının dekabrda yekunlaşması gözlənilir.
Yaponiyanın Baş naziri Kişida Fumionun may ayında Londonda Böyük Britaniyanın o zamankı Baş naziri Boris Conson ilə görüşdüyü sammitdə danışıqlara başlanılıb.
Yeni döyüş təyyarələrinin hazırlanması üzrə iki ölkənin əməkdaşlığı üçün mümkün tərəfdaşlığın təfərrüatlarının da sazişə daxil ediləcəyi gözlənilir. Xəbərdə sözügedən razılaşmanın Tokio-London əlaqələrinin dərinliyinə bir nümunə olacağına diqqət çəkilib. RAA və Yaponiyanın Çinin regional tarazlığını təmin etmək üçün çəkindirmə gücünü artırmağı və müdafiə əməkdaşlığını inkişaf etdirməyi hədəfləyəcəyi ifadə edilib.
Amerika Müəssisə İnstitutunun (AEI) təhlükəsizlik üzrə eksperti Zak Kuper deyib ki: “Yaponiya və Böyük Britaniya arasında RAA tərəflərin birgə təlimlərini asanlaşdıracaq”.
Malik Atilay
çap et