525.Az

"Putinin G20 sammitində iştirak etməyəcəyinə əminəm"


 

"Putinin G20 sammitində iştirak etməyəcəyinə əminəm"<b style="color:red"></b>

“Rusiya Prezidenti Vladimir Putinin gələn həftə Balidə keçiriləcək G20 sammitində iştirak etməyəcəyinə, demək olar, əminəm”.

525.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu İndoneziya prezidenti Coko Vidovo deyib.

O bildirib ki, Putinin İndoneziyaya gəlməyəcəyini düşünür.

Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın G20 sammitində iştirak edəcəyini bildirsə də, formatın hələ müəyyən edilmədiyini söyləmişdi.

Ukrayna Prezidentinin mətbuat katibi Oleq Nikiforov isə bəyan etmişdi ki, dövlət başçısı Volodimir Zelenskinin sammitdə iştirakı ilə bağlı hələ qərar verilməyib. Məlumata görə, Putin Baliyə gedərsə, Zelenski iclasda iştirak etməyəcək.

 





07.11.2022    çap et  çap et