525.Az

“Azərbaycanın 2020-ci ilin noyabrında qazandığı qələbə ədalətin qələbəsi idi"


 

“Azərbaycanın 2020-ci ilin noyabrında qazandığı qələbə ədalətin qələbəsi idi"<b style="color:red"></b>

“Azərbaycanın 2020-ci ilin noyabrında qazandığı qələbə ədalətin qələbəsi idi”.

525.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Xai ölkəmizin Vətən müharibəsində qələbəsinin ildönümü ilə bağlı açıqlamasında deyib.

“Bu, qeyri-qanuni işğalın uzun müddət davam edə bilməyəcəyinə və gec-tez işğalçının reallıqla üz-üzə qalacağına sübut idi”.

Səfir vurğulayıb ki, bu tarix Pakistanda da qeyd olunur:

“Azərbaycan bayraqları Pakistanda dalğalanır. Pakistan hökuməti və xalqı bu əlamətdar gündə bütün Azərbaycan xalqına uğurlar arzulayır. Pakistan bundan sonra da Azərbaycanın sülhün, sabitliyin təşviqi istiqamətində səylərini dəstəkləyəcək. Yaşasın Pakistan-Azərbaycan dostluğu!”.

 

 





07.11.2022    çap et  çap et