525.Az

Bakıda 7 nəfəri gün vurub


 

Bakıda 7 nəfəri gün vurub<b style="color:red"></b>

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya bildirib ki, onlardan 5-i kişi, 2-si qadındır

Bu ilin iyun ayında Bakıda 7 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib.
 
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya bildirib ki, onlardan 5-i kişi, 2-si qadındır.
 
Gün vuranlardan 3-ü xəstəxanaya yerləşdirilib. Bu hadisələr Bakının rayonlarında qeydə alınıb.
 
Baş həkimin müavini bu ay da təcili yardım həkimlərinə qarşı müəyyən təzyiqlər edilməsi hallarının baş verdiyini deyib. Onun sözlərinə görə, bu ay ərzində təcili yardım həkimlərinə 3 təzyiq faktı qeydə alınıb və hər 3  halla bağlı polisə müraciət edilib.

 





21.06.2014    çap et  çap et