525.Az

Bakının daha bir küçəsində nəqliyyatın hərəkəti dayandırılacaq


 

Bakının daha bir küçəsində nəqliyyatın hərəkəti dayandırılacaq<b style="color:red"></b>

Bu gün Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti dayandırılacaq.

Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən 3-cü mikrorayon dairəsi, Ə. Salamzadə küçəsi və digər istiqamətləri birləşdirən köməkçi yolda hərəkət iyunun 21-i saat 00:00-dan tam dayandırılacaq.
 
Bu haqda “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
 
Onun sözlərinə görə, qeyd edilən yolda hərəkətin tam dayandırılması həmin ərazidə asfalt-beton örtüyünün salınması ilə bağlıdır.
 
“Xutor dairəsində inşa olunan müxtəlif səviyyəli yol-qovşağı kompleksinə aid olan 3-cü tunel, yəni Ziya Bünyadov və Azadlıq prospektinin kəsişməsini Ə. Salamzadə küçəsi ilə birləşdirən tunel açılaraq hərəkət müvəqqəti oradan veriləcək”, - deyə P. Mürsəliyev qeyd edib.
 
O əlavə edib ki, təmir işləri təxminən 10 gün davam edəcək.
 
Köməkçi yolda işlər başa çatdırıldıqdan sonra müvəqqəti açılan tuneldə hərəkət tam dayandırılaraq, son tamamlanma işlərinə başlanılacaq.

 





21.06.2014    çap et  çap et