525.Az

Pakistanda Zəfər Günü ilə bağlı fləşmob keçirilib - Video


 

Pakistanda Zəfər Günü ilə bağlı fləşmob keçirilib - <b style="color:red">Video</b>

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslim İnstitutu ilə birgə Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunan fləşmoblar keçirib.

Bu barədə 525.az-a Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, fləşmoblarda “Qarabağ Azərbaycandır”, “Azərbaycanın Zəfər Günü” şuarları, həmçinin Azərbaycan – Pakistan – Türkiyə bayraqları, eləcə də Qarabağın simvolu olan xarı bülbül çiçəyi əks olunub.

Fləşmoblarda 800-dən artıq pakistanlı iştirak edib.

 

 





08.11.2022    çap et  çap et