525.Az

Pakistanın ən böyük qülləsi Azərbaycan bayrağı ilə işıqlandırılıb - Foto


 

Pakistanın ən böyük qülləsi Azərbaycan bayrağı ilə işıqlandırılıb - <b style="color:red">Foto</b>

Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi Zəfər Gününün ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, “Minar-e-Pakistan”ın Azərbaycan bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub.

“Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir. Sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.

 





08.11.2022    çap et  çap et