525.Az

Zəfər Bayramı


 

Zəfər Bayramı<b style="color:red"></b>

Əzəldən belədir; ruhumuz oyaq,
Ərənlər döyüşdə vətənə dayaq,
Hər yerdə dalğalan üçrəngli bayraq!
Millətim bir olub, ordu müzəffər,
Haydı, Azərbaycan, bizimdi zəfər.

Səsimiz ucalsın bəşəriyyətə,
İllərdi göz yuman kor ədalətə.
Babalardan miras bu cəmiyyətə,
İrəli, durmadan alqış, bu səfər,
Haydı, Azərbaycan bizimdi zəfər.

Döyüş meydanında hünər, rəşadət,
Səndədir igidlik, səndədir hiddət,
Torpağım, qucaqla neçə şəhadət,
Əzəli torpağa əbədi səfər,
Haydı, Azərbaycan bizimdi zəfər.

Tarixi ədalət, haqq savaşımız,
Əl-ələ veribdi, Türk qardaşımız,
Bağrına basacaq, bizi Şuşamız.
Qarabağ bayrama dönsün bu səhər,
Haydı, Azərbaycan bizimdi zəfər.

Toy-düyün xoş gəlir, Oğuz elinə,
Eşq olsun xalqımın birliklərinə.
Xarı bülbül qoxan Sarı gəlinə,
Dağlardan salam ver, Laçın-Kəlbəcər,
Haydı, Azərbaycan bizimdi zəfər.

Əsgərim, səngəri qanınla  qazdın,
Qələbə sədasın şərəflə yazdın,
Hər kəndə, şəhərə bayrağı asdın.
Gözün aydın olsun, büsbütün şəhər!
Haydı, Azərbaycan bizimdi zəfər.

Vermərik vətənin bircə qarışın,
Artıq torpağımız qanlar qarışır.
Ey dünya, vaxtıdır, haqla barışın...
Kimsə Qarabağa çəkəmməz çəpər,
Haydı, Azərbaycan bizimdir zəfər!

Elnur ELDAROĞLU

( Şeir Hadrutda yazılıb)

 





08.11.2022    çap et  çap et