525.Az

İranın Səudiyyə Ərəbistanı və Ərbilə hücum təhdidi


 

İranın Səudiyyə Ərəbistanı və Ərbilə hücum təhdidi<b style="color:red"></b>

İran təxminən altı həftədir davam edən Məhsa Əmini etirazlarını dəstəkləyən media qurumlarını maliyyələşdirdiyini iddia edərək, Səudiyyə Ərəbistanına qarşı ritorikasını sərtləşdirib.

525.az xəbər verir ki, 22 yaşlı Məhsa Əminin saxlanıldıqdan sonra ölümündən sonra başlayan nümayişlər İranın beynəlxalq siyasətinə təsir göstərməyə başlayıb. İranın ali dini lideri Əli Xamneyiyə yaxın hərbi təşkilat olan İnqilab Keşikçiləri Təşkilatı ölkənin demək olar ki, bütün şəhərlərində nümayişlərin davam etdiyi bir vaxtda diqqət çəkən video yayımlayıb. Videoda Səudiyyə Ərəbistanının milli neft şirkəti "Aramco"nun obyektləri müxtəlif elementlərlə hədəfə alınıb. Bu günlərdə beynəlxalq mətbuatda tez-tez adı çəkilən və Ukraynada istifadə edildiyi iddia edilən çoxlu sayda kamikadze İHA və raketlər hücumda aparıcı rol oynayıb. Bu videonun ardınca İran İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı general Hüseyn Selaminin Səudiyyə Ərəbistanı, Böyük Britaniya və ABŞ-ı hədəf alan açıqlamaları yayılıb. Selami açıqlamalarında Mahsa Əmini etirazlarına toxunaraq, sözügedən ölkələrin etirazçıları təhrik etdiyini iddia edib: "Səudiyyə Ərəbistanına və onun nəzarətində olan mediaya deyirəm.Biz də sizinlə məşğul olacağıq. Siz görüntü yaradırsınız. Biz bir xalqın dincliyini pozmayacağıq və sizin də sülh içində yaşamağınıza icazə verməyəcəyik. Sizin dincliyinizi pozacağıq", - deyib.

Bu açıqlamalardan sonra ABŞ-da nəşr olunan "Wall Street Journal"da mühüm bir iddia ortaya çıxıb. Qəzet ABŞ və Səudiyyə rəsmilərinə əsaslanaraq İranın yaxın gələcəkdə Səudiyyə Ərəbistanı və İraqa hücuma hazırlaşacağına dair kəşfiyyat məlumatlarına görə Səudiyyə Ərəbistanı və ABŞ-ın təşviş içində olduğunu iddia edib.

Qeyd edək ki, rəsmilər bildiriblər ki, İran diqqəti daxili etirazlardan yayındırmaq üçün tezliklə Səudiyyə Ərəbistanı və İraqın Ərbil şəhərində bəzi hədəflərə hücum edə bilər.

Məhəmməd Tağıyev

 





08.11.2022    çap et  çap et