Dolların möhkəmlənməsi və ABŞ seçkilərindəki qeyri-müəyyənliklər səbəbindən kriptovalyutaların ucuzlaşması sürətlənir. Kriptovalyutaların ümumi dəyəri 1 trilyon dollardan aşağı düşüb.
525.az xəbər verir ki, Bitcoin bu gün 5% ucuzlaşaraq 19 718,47 dollara, ikinci ən yüksək həcmli kriptovalyuta Ethereum isə 6,10% ucuzlaşaraq 1 482,96 dollara düşüb.
Solana 11 faiz ucuzlaşaraq 28,22 dollara, bir vaxtlar İlon Maskın sevimlisi olan Dogecoin isə 13 faiz ucuzlaşaraq 0,11015 sentə düşüb.
Bu enişlərlə kriptovalyuta bazarının ümumi dəyəri 1 trilyon dollardan 980 milyard dollara düşüb.
Fərid Sançar
çap et