525.Az

"Twitter"dən sonra "Meta"da geniş miqyaslı ixtisarlara başlayır


 

"Twitter"dən sonra "Meta"da geniş miqyaslı ixtisarlara başlayır<b style="color:red"></b>

"Wall Street Journal"da (WSJ) çıxan xəbərə görə, "Twitterdən sonra "Facebook" və "Instagram"ın çətir şirkəti olan "Meta"da da geniş miqyaslı ixtisarlar başlayır.

525.az xəbər verir ki, İşdən çıxarılmaların "Meta"nın minlərlə əməkdaşına təsir edəcəyi gözlənilir. Məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən şirkət işçilərin işdən çıxarma qərarı ilə bağlı çərşənbə günü açıqlama verəcək. Şirkət rəsmiləri işçilərə bu həftədən etibarən vacib olmayan səyahətləri ləğv etmələrini söyləyib. Xəbər təsdiqlənərsə, sentyabrın sonunda 87 mindən çox işçisi olduğunu bildirən "Meta", tarixində ilk dəfə böyük ixtisarla üzləşmiş olacaq.

"Facebook"un qurucusu Mark Zukerberq keçən ay verdiyi açıqlamada prezident və baş icraçı direktoru olduğu "Meta"nın gəlirləri ilə bağlı danışıb: "2023-cü ildə biz investisiyalarımızı az sayda yüksək prioritet inkişaf sahələrinə yönəldəcəyik. Bu o deməkdir ki, bəzi komandalar əhəmiyyətli dərəcədə böyüyəcək, lakin digər komandaların çoxu gələn il ya sabit qalacaq, ya da kiçiləcək. Ümumilikdə, biz 2023-cü ili indiki ilə eyni ölçüdə və ya hətta bir qədər kiçik olan bir təşkilatla başa vurmağı gözləyirik".

Məhəmməd Tağıyev

 





08.11.2022    çap et  çap et