Azərbaycanın Zəfər Günü ilə əlaqədar Lima şəhərinin mərkəzi küçələrində bilbordlar yerləşdirilib.
Bu barədə 525.az-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Məlumata görə, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Perunun paytaxtı Lima şəhərinin mərkəzi küçələrində böyük ölçülü lövhələrdə Şuşa qalası fonunda Azərbaycan bayrağı, xalqımızın birlik rəmzi olan Dəmir yumruq, İkinci Qarabağ müharibəsi Şəhidlərinin xətirə rəmzi olan Xarıbülbülün əks olunduğu və üzərində “8 Noyabr - Azərbaycanın Zəfər Günü” sözlərinin yazıldığı bilbordlar yerləşdirilib.
Zəfər Gününə həsr olunmuş təsvir bir neçə gün ərzində nümayiş olunacaq.
çap et