ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Ukraynadakı müharibəyə baxmayaraq, Vaşinqton və Moskva arasında rabitə kanalları açıq qaldığını təsdiqləyib.
525.az xəbər verir ki, Nyu-Yorkda çıxış edən Sallivan, milli maraqlar naminə Kreml ilə əlaqələrim davam etdiyini bildirib. ABŞ mətbuatında Sallivanın nüvə təhlükəsini azaltmaq üçün Moskva ilə gizli danışıqlar apardığı barədə məlumatlar yayılıb. Xəbərdə Sallivanın ötən aylarda rusiyalı həmkarı Nikolay Patruşev və Kremlin xarici siyasət müşaviri Yuri Uşakovla görüşdüyü yazılıb. Qəzetə danışan ABŞ-ın yüksək rütbəli rəsmiləri nüvə silahından istifadə riskinə baxmayaraq mexanizmlərin müzakirə edildiyini bildiriblər. Eyni rəsmilərin sözlərinə görə, iki ölkə müharibəni dayandırmaq üçün danışıqlar aparmır. İddiaları qəbul edən Sallivan, ABŞ nümayəndə heyətinin "kiminlə masa arxasında oturduqlarından xəbərdar olduğunu" söyləyib. O keçən ay nüvə silahından istənilən istifadənin Rusiya üçün dağıdıcı nəticələrə səbəb ola biləcəyini vurğulamışdı. NBC televiziyasına danışan Sallivan həmçinin Rusiya nümayəndə heyəti ilə təkbətək görüşdə ABŞ-ın nə cavab verə biləcəyini "ən aydın şəkildə" ortaya qoyduğub. O həmçinin qeyd edib ki, Moskva ilə əlaqə saxlamaq bu problemdən əziyyət çəkən bütün ölkələrin milli maraqlarına uyğundur. Moskva cəbhəsindən isə aydın bir cavab gəlmədi. Kreml sözçüsü Dmitri Peskov Qərb qəzetlərinin "hər cür yalanları dərc etdiyini" müdafiə edib. Ağ Ev "Wall Street Journal"ın hesabatını şərh etməyib. Lakin bazar ertəsi Ağ Evin mətbuat katibi Karin Jen-Pier Rusiya ilə danışıqlar aparmaq hüququnu özündə saxladığını bildirib.
Qeyd edək ki, "Washington Post" keçən həftə yazıb ki, ABŞ rəsmiləri Kiyevi Rusiyaya danışıqlara açıq olduğunu bildirməyə və Putin hakimiyyətdə qaldığı müddətcə danışıqların olmayacağına dair bəyanatlardan əl çəkməyə çağırıb.
Məhəmməd Tağıyev
çap et