525.Az

Rusiyadan İranla 4 milyard dollarlıq təbii qaz müqaviləsi


 

Rusiyadan İranla 4 milyard dollarlıq təbii qaz müqaviləsi<b style="color:red"></b>

İranın neft naziri Cavad Ovci Rusiya ilə təbii qaz yataqlarının işlənməsi və ixracını əhatə edən təxminən 4 milyard dollarlıq müqavilə imzaladıqlarını bildirib.

525.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, neft naziri Cavad Ovci Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında enerji sahəsindəki inkişaflara toxunub. 

Ovci: "Rusiya ilə nəql xətlərindəki təbii qaz yataqlarının işlənməsi və ixracı üçün təxminən 4 milyard dollarlıq müqavilə bağladıq", - deyib. 

Rusiyanın enerji şirkəti Qazprom ilə təxminən 40 milyard dollarlıq ilkin müqavilə imzaladıqlarını xatırladan Ovci, Rusiyanın digər enerji şirkəti ZN Vostokun da İrana sərmayə qoyduğunu açıqlayıb. 

Malik Atilay

 





09.11.2022    çap et  çap et