525.Az

İtaliyada 2300 illik tunc heykəllər tapılıb


 

İtaliyada 2300 illik tunc heykəllər tapılıb<b style="color:red"></b>

İtaliyanın Toskana şəhərində 2300 il yaşı olan 24 yaxşı qorunmuş qədim tunc heykəl tapılıb. 

525.az xəbər verir ki, Toskanada termal hovuzların yerləşdiyi San Casciano dei Bagnidə aparılan qazıntılar zamanı 2300 il əvvələ aid 24 incə işlənmiş tunc heykəl aşkar edilib. 

Heykəllərdən 5-nin hündürlüyünün 1 metrdən çox olduğu açıqlanıb. İtaliyanın ANSA agentliyinin xəbərinə görə, tunc heykəllər tapıldığı termal hovuzun dibindəki palçıq sayəsində son dərəcə yaxşı qorunub saxlanılaraq bu dövrə gəlib çatmışdır. Heykəllərdən başqa latın dilində yazılmış çoxlu yazılar və minlərlə sikkə də tapılıb.

Eramızdan əvvəl 2-ci əsr ilə 1-ci əsrlər arasındakı dövrə aid olduğu bildirilən əsərlər arasında yunanca "günəş və peyğəmbərlik tanrısı" və "tibb tanrısı" Asklepiosun qızı Hygieia'nın heykəlləri var, Roma mifologiyası və bəzi imperator heykəlləri də yer alıb. Qazıntının rəhbəri, Siena Xaricilər Universitetinin arxeoloqu Jacopo Tabolli: "Bu, dünyanın hər yerindən 60-dan çox mütəxəssisin tarixi yenidən yaza biləcək bir kəşfdir", - deyib.

Malik Atilay

 





09.11.2022    çap et  çap et