525.Az

Kanadada dünyəvilik qanunu yalnız müsəlman qadınlara mənfi təsir göstərir


 

Kanadada dünyəvilik qanunu yalnız müsəlman qadınlara mənfi təsir göstərir<b style="color:red"></b>

Kanadanın Kvebek hökuməti tərəfindən 2019-cu ildə qüvvəyə minən Dünyəvilik Qanunundan yalnız müsəlman qadınların mənfi təsirləndiyi müəyyən edilib.

525.az xəbər verir ki, Kanada ictimai rəyində "Bill 21" olaraq da bilinən və dövlət işçilərinin iş yerlərində dini simvollardan istifadəni və dini geyim geyinməsini qadağan edən qanuna qarşı Kvebek Apellyasiya Məhkəməsində açılan iddiada, hamısı müsəlman olan 8 qadın Monreal İngilis Məktəblərindəki işlərini itirdi. Kvebek Apellyasiya Məhkəməsində baxılan işin sonuncu iclasında iştirak edən Monreal " İngilis Məktəbləri hüquqşünası Perri Ravon qanunun hicablı bir qrup müsəlman qadını hədəf almaq üçün hazırlandığını ifadə edib. Ravon üç hakimdən ibarət tribunal qarşısında etdiyi müdafiəsində: "Bu işdə qəbul edilən ekspert sübutları müsəlman qadınlara qarşı qərəzin qanunla daha da artacağını göstərir", - deyib.

İngilis təhsili verən Monreal İngilis Məktəblərində qanuna görə 8 nəfərin işini itirdiyini bildirən Ravon, "Bunların hamısı müsəlman qadınlardı", - ifadəsini işlədib. O bildirib ki, müsəlman qadınlardan başqa əyalətdəki digər dinlərin nümayəndələrimdən heç biri qanuna görə işini itirməyib. Dinləmələr noyabrın 10-dək davam edəcək və münsiflər heyətinin əlavə sualları olarsa, müddət daha bir gün uzadılacaq. Hakim münsiflər heyəti öz qərarını elan etdikdən sonra hökm elan olunacaq. Həmin ilin noyabrında Kanada Müsəlmanları Milli Şurası (NCCM), Kanada İnsan Haqları Assosiasiyası (CCLA) və digər hüquq müdafiəçi qrupları 2019-ci ildə qəbul edilmiş Dünyəvilik Aktının ləğvi üçün Əyalət Apellyasiya Məhkəməsinə şikayət vermişdilər.  Kanadanın baş naziri Castin trüdo da illərdir kanada ictimaiyyətində mübahisələrə səbəb olan qanuna qarşı çıxmışdı. Qanunun müddəalarına görə, müəllimlər, hakimlər, prokurorlar, polislər, mühafizəçilər və bəzi dövlət məmurları iş saatlarında hicab, örtük, xaç və kippa geyə bilməzlər. Yeri gəlmişkən, qanuna görə, çadra geyinən qadınlar üzlərini açmadıqca dövlət xidmətlərindən yararlana bilməzlər.

Məhəmməd Tağıyev

 





10.11.2022    çap et  çap et