525.Az

UNEC-də Qazaxıstan nümayəndələri ilə görüş olub


 

UNEC-də Qazaxıstan nümayəndələri ilə görüş olub<b style="color:red"></b>


Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyi (ENQA) və Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Reyestrinin (EQAR) tamhüquqlu üzvü olan Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (MARA - IAAR) nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-dən 525.az-a verilən xəbərə görə, görüşdə MARA – IAAR-ın baş direktoru Alina Jumagulovanın rəhbərlik etdiyi nümayəndə heyətinə universitetin beynəlmiləlləşməsi istiqamətində strateji məqsədləri və hədəfləri barədə məlumat verilib.

IAAR nümayəndələri tərəfindən isə ali təhsil müəssisələrinin akkreditasiya qaydaları ilə bağlı beynəlxalq standartlar və qurumun iş prinsipi barədə təqdimat olub. A. Jumagulova bildirib ki, IAAR-ın TKTA ilə rəsmi müqaviləsinə əsasən, IAAR tərəfindən ixtisas akkreditasiyasından müvəffəqiyyətlə keçmiş ali təhsil müəssisələrinə təqdim olunan müvafiq sənəd Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən nəzərə alınır.
Görüşdə müvafiq ixtisasların beynəlxalq akkreditasiyadan keçməsi üçün gərəkli olan ümumi akkreditasiya şərtlərini özündə əks etdirən sənəd və ərizə forması UNEC nümayəndələrinə təqdim olunub.

Sevinc Qarayeva
 

 





10.11.2022    çap et  çap et