525.Az

Stoltenberq: "Rusiya geri çəkilib"


 

Stoltenberq: "Rusiya geri çəkilib"<b style="color:red"></b>

NATO-nun Baş katibi Yens Stoltenberq, Rusiyanın Xersondakı müdafiə xəttinin Dnepr çayının sol sahilinə çəkildiyinə dair açıqlaması ilə bağlı: "Gözləyib bir yerdə nə olacağını görəcəyik. Bildiyimiz odur ki, Rusiya geri çəkilib", - deyib.

525.az xəbər verir ki, Stoltenberq İngiltərə Baş naziri Rişi Sunak ilə görüşdükdən sonra baş nazirin 10 nömrəli iqamətgahı qarşısında mətbuata açıqlama verib. 

Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı işğal edərkən bir neçə böyük səhvə yol verdiyini deyən Stoltenberq bu strateji səhvlərdən birinin ukraynalıları, onların cəsarətini, döyüşmək və ölkəni qorumaq öhdəliyini qiymətləndirməmək olduğunu bildirib. 

Stoltenberq: “Putinin başqa bir səhvi, NATO müttəfiqlərini və tərəfdaşlarını Ukraynaya dəstək vermək qabiliyyətimizi lazımınca qiymətləndirməmək idi", - deyib.

Malik Atilay

 





10.11.2022    çap et  çap et