525.Az

"Elmi tədqiqatların maliyyələşdirilməsi üçün mexanizm yoxdur"


 

"Elmi tədqiqatların maliyyələşdirilməsi üçün mexanizm yoxdur"<b style="color:red"></b>

“Milli inkişaf prioritetlərindən biri təhsildir, bunun üçün dövlət büdcəsindən vəsait ayırırıq”.

525.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, son illərdə bu sahəyə ayrılan vəsaitlər 2 dəfəyə qədər artıb:

“Vəsaitin böyük hissəsi əməkhaqlarının artırılması ilə bağlıdır. Elm və Təhsil Nazirliyinin qarşısında artıq elmin inkişafı məsələsi də qoyulub. Bunun üçün dövlət büdcəsindən vəsait nəzərdə tutulub. Elmi tədqiqatların maliyyələşdirilməsi üçün xüsusi mexanizm ortaya qoyulmalıdır. Burada müvafiq sifariş ortaya qoyulmalıdır. Bu mexanizm üzrə hələ ki, ortada sənəd yoxdur. Bu təqdim olarsa, həmin tədqiqatların maliyyələşdirilməsi ola bilər”.

 

 





10.11.2022    çap et  çap et