525.Az

Pedaqoji Universitetdə narkomaniya ilə mübarizəyə dair tədbir keçirilib


 

Pedaqoji Universitetdə narkomaniya ilə mübarizəyə dair tədbir keçirilib<b style="color:red"></b>


Noyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Könüllüləri Təşkilatının nəzdində fəaliyyət göstərən “Cinema” klubun təşkilatçılığı ilə “Ağ ölüm – narkomaniya ilə mübarizə” mövzusunda tədbir keçirilib.

Bu barədə 525.az-a ADPU-nun mətbuat xidmətindən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan ADPU Könüllüləri Təşkilatının sədri İsmayıl Nəsirov müasir cəmiyyətimizin ən aktual problemlərindən biri olan narkomaniya ilə mübarizəyə dair universitetdə mütəmadi şəkildə maarifləndirmə tədbirlərinin keçirildiyini vurğulayıb.

Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə narkomaniyanın insanlara vurduğu fiziki, psixi və mənəvi zərərlərinin uzun müddət qalıcı olduğunu vurğulayıb, ümumilikdə yaranan bu asılılığın məhvə apardığını bildirib. Ölkəmizdə narkomaniya ilə mübarizə tədbirlərinin geniş miqyasda həyata keçirildiyini qeyd edən mütəxəssis tələbə-gəncləri, xüsusən pedaqoqları bu maarifləndirmə işlərinin bilavasitə iştirakçısı və təşkilatçısı olmağa dəvət edib.

Sevinc Qarayeva 

 





10.11.2022    çap et  çap et