525.Az

Xaricdə təhsil üçün sənəd qəbuluna dekabrda başlanılacaq


 

Xaricdə təhsil üçün sənəd qəbuluna dekabrda başlanılacaq<b style="color:red"></b>


"2023-2024-cü tədris ili üzrə Dövlət Proqramı ilə xaricdə təhsil üçün sənəd qəbuluna dekabrın əvvəlindən başlanılacaq".

525.az-ın məlumatına əsasən, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.

Onun sözlərinə görə, prosesə bu il keçən ilə nisbətən daha tez başlanılacaq: "Keçən il sənədlərin gecikməsi səbəbindən qeydiyyat gec başladı. Hamıya bərabər imkanlar yaradılacaq ki, proqrama müraciət edə bilsinlər".

Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

Sevinc Qarayeva
 

 

 





10.11.2022    çap et  çap et