525.Az

“Azərbaycanda 960-dan çox məktəb yararsız və ya qismən yararsız vəziyyətdədir”


 

 “Azərbaycanda 960-dan çox məktəb yararsız və ya qismən yararsız vəziyyətdədir” <b style="color:red"></b>

“Hazırda Azərbaycanda 960-dan çox məktəb yararsız və ya qismən yararsız vəziyyətdədir. Həmin məktəblərin təmiri və ya tikintisi üçün təxminən 3 milyarddan artıq vəsait lazımdır”.

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, təbii ki, təmir işləri daim mərhələli şəkildə həyata keçirilir. Həm Elm və Təhsil Nazirliyi, həm də Heydər Əliyev Fondu tərəfindən hər il, təxminən, 100-dən çox məktəb ya təmir olunur, ya da yenidən inşa edilir:

“Bu məsələ daim diqqət mərkəzində saxlanılır və prioritet istiqamətlərdəndir”.

Sevinc Qarayeva 
 

 





10.11.2022    çap et  çap et