525.Az

“Peşəkarlıq yolunda” layihəsinə start verilib


 

“Peşəkarlıq yolunda” layihəsinə start verilib<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Peşəkarlıq yolunda” layihəsinə start verilib.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan 525.az-a bildirilib ki, layihənin məqsədi təhsilalanların peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq, səriştələr barədə məlumatlandırılması, maraq və qabiliyyətlərinə uyğun müvafiq ixtisas-peşə seçiminə yönəldilməsi, həmçinin müəllim və valideynlərin bu istiqamətdə maarifləndirilməsindən ibarətdir.

Layihə çərçivəsində şagirdlərin düzgün ixtisas və peşə seçimi, uğurlu karyera barədə məlumatlandırılması, məktəblərin müxtəlif ixtisaslara yiyələnmiş məzunları və müxtəlif peşə sahibləri olan valideynləri tərəfindən maarifləndirici görüşlərin keçirilməsi, həmçinin şagirdlərin universitetlər, peşə təhsili müəssisələri barədə məlumatlandırılması nəzərdə tutulur.

Bundan əlavə, müəllimlərin şagirdləri istiqamətləndirmələri məqsədilə peşə təhsili və müxtəlif peşələr barədə məlumatlılıq səviyyələrinin artırılması planlaşdırılıb.

“Peşəkarlıq yolunda” layihəsi çərçivəsində ixtisaslı mütəxəssislər və müəllimlər tərəfindən valideynlərlə maarifləndirici görüşlər də təşkil olunacaq.
Bununla yanaşı, peşə təmayüllü siniflərin şagirdləri və peşə təhsili müəssisələrinin tələbələri ilə birgə maarifləndirici videosüjetlərin, təqdimatların hazırlanması və görüşlərdə nümayişi nəzərdə tutulur.

Sevinc Qarayeva 

 





10.11.2022    çap et  çap et