525.Az

Mərkəzi Elmi Kitabxanada Zəfər Gününə həsr olunan virtual sərgi hazırlanıb


 

Mərkəzi Elmi Kitabxanada Zəfər Gününə həsr olunan virtual sərgi hazırlanıb<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Zəfər Günü ilə əlaqədar virtual sərgi hazırlayıb.

MEK-dən 525.az-a bildirilib ki, virtual sərgidə Eynulla Mədətlinin “Heydər Əliyev - İlham Əliyev: Azərbaycançılığın Zəfər yolu” kitabı, “Diplomacy lessons in 44 days”, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”, “Qarabağ Azərbaycandır! Zəfər epopeyası”, “Zəfərə aparan illər”, “Ağsu şəhidləri. Zəfər qəhrəmanları”, Güllü Məmmədovanın “Fatehlərin Zəfəri. Xüsusi təyinatlılar” tarixi sənədli romanı, “Hər biri qəhrəmandır”, eləcə də kitabxana tərəfindən hazırlanmış “Qırx dörd günün salnaməsi. Vətən müharibəsi” biblioqrafik göstəricisi və digər nəşrlər yer alıb.

Təqdim olunan kitablar tariximizin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsinə həsr olunub. Həmçinin nəşrlərdə torpaqların azad edilməsində müstəsna qəhrəmanlıq göstərmiş oğulların döyüş yolundan bəhs edilir.

Xatırladaq ki, sərgidə MEK-in fondlarında olan nəşrlərdən istifadə olunub.

Sevinc Qarayeva 

 





10.11.2022    çap et  çap et