525.Az

Cenevrə Universiteti magistratura səviyyəsinə təqaüd proqramı elan edib


 

Cenevrə Universiteti magistratura səviyyəsinə təqaüd proqramı elan edib<b style="color:red"></b>

İsveçrənin Cenevrə Universiteti BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlıq çərçivəsində 2023-2024-cü tədris ili üzrə magistratura səviyyəsinə Avropa və beynəlxalq idarəçilik (MEIG) proqramı üçün təqaüd proqramı elan edir.

Elm və Təhsil Nazirliyindən 525.az -a bildirilib ki, tam təqaüd proqramı təhsil haqqı və yaşayış xərclərini əhatə edir. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları noyabrın 15-dək tələb olunan bütün sənədlərlə birgə MEIG proqramının rəsmi internet səhifəsi vasitəsilə onlayn müraciət etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Sevinc Qarayeva 

 





10.11.2022    çap et  çap et