525.Az

İsa Həbibliyi AMEA-da ilk təyinatla bağlı sərəncam imzalayıb


 

İsa Həbibliyi AMEA-da ilk təyinatla bağlı sərəncam imzalayıb<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-da ilk təyinatla bağlı sərəncam imzalayıb.

Akademiyadan 525.az-a verilən məlumata görə, İ.Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA Rəyasət Heyəti Aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, H.Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2016-cı ildən Akademiyanın Elm və təhsil şöbəsində çalışır. 2018-ci ildən yeni vəzifəyə təyin edilənədək həmin şöbənin müdir müavini vəzifəsində işləyib. Onun qardaşı Ramil Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.

Sevinc Qarayeva 

 





10.11.2022    çap et  çap et