24 fevraldan bəri davam edən Rusiya - Ukrayna müharibəsindəki itki sayı açıqlanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin Baş Qərargah rəisi, general Mayk Milley Ukraynadakı müharibədə təxminən 100 min rus və 100 min ukraynalı əsgərin öldüyünü və ya yaralandığını təxmin etdiklərini açıqlayıb.
General Milley Rusiyanın Ukraynaya müdaxiləsində 40 minə yaxın dinc sakinin həyatını itirdiyini söyləyib. Bu, Qərb rəsmisi tərəfindən indiyə qədər edilən ən yüksək ölüm və ya yaralanma təxminidir.
Milley həmçinin bildirib ki, itkilərin sayı Moskva və Kiyevi danışıqlar masası arxasına oturmağa razı sala bilər. Nyu-Yorkda danışan general: “Görünür, 100 mindən çox rus əsgəri öldürülüb və ya yaralanıb. Eyni təxmin Ukrayna tərəfi üçün də keçərlidir”, - deyib.
Qeyd edək ki, hər iki ölkə hərbi itkilərlə bağlı heç bir açıqlama vermir.
Sevil Seymur
çap et