525.Az

Bir romanın tarixçəsi - ARAŞDIRMA


 

Bir romanın tarixçəsi - <b style="color:red">ARAŞDIRMA</b>

Fyodor Dostoyevskinin ən məşhur romanlarından biri olan "Qumarbaz"ın tamamlanmasından 156 il keçir.

"Qumarbaz"ın yazılmasının uzun tarixi var. 1863-cü ildə Fyodor Dostoyevski məzuniyyətə Baden-Badenə gəlir. Orada bir neçə gün ərzində o, təkcə bütün pulunu deyil, həm də sevgilisi Polina Suslovanın nağd pulunu qumarda uduzur. 

Dostoyevski borclu olduğu adamlar tərəfindən həbslə hədələnirdi, ona görə də 1866-cı ilin yayında o, əsərlərinin tam üç cildlik toplusunu və yeni romanının nəşr etmək hüququnu 3000 rubla naşir Fyodor Stellovski satır. Aralarındakı müqaviləyə əsasən Dostoyevski noyabrın 14-dək yeni romanını təqdim etməli idi. 

İşi sürətləndirmək üçün Dostoyevskinin dostları yazıçıya Sankt-Peterburq kursiv yazı məktəbinin ən yaxşı şagirdi, onun pərəstişkarı Anna Snitkinanın təmənnasız köməyindən istifadə etməyi məsləhət görürlər. Fyodor Dostoyevski 45 illik yubileyi ərəfəsində, 1866-cı il noyabrın 10-da 20 yaşlı stenoqraf Anna Snitkinaya oktyabrın 16-da, yəni bir neçə həftə əvvəl axşam saat 8-də başlayan “Qumarbaz” romanını diktə etməyi bitirmişdi. Çətin də olsa Dostoyevski gənc qızın da köməyi ilə onu həbs olmaqdan xilas edəcək olan romanı bitirmişdi.

Noyabrın 13-də əlyazmanı Stelovskiyə aparan Dostoyevski, noyabrın 20-də isə Annaya evlilik təklifi etmişdi.

Malik Atilay

 





11.11.2022    çap et  çap et