525.Az

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi: Seçkilər Ukraynaya dəstəyə təsir etməyəcək


 

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi: Seçkilər Ukraynaya dəstəyə təsir etməyəcək<b style="color:red"></b>

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bəyan edib ki, ABŞ-da keçiriləcək aralıq seçkilər səbəbindən Vaşinqtonun Ukraynaya dəstəyi zəifləməyəcək.

525.az xəbər verir ki, Polşanın paytaxtı Varşavada ukraynalı qaçqın uşaqları və onların anaları üçün təhsil dəstəyi və terapiya təmin edən UNICEF mərkəzini ziyarət edən Qrinfild Polşa səlahiyyətliləri ilə də görüşüb. Qrinfild qeyd edib ki, onlar qışda mümkün elektrik kəsilməsini və daha çox ukraynalının Polşaya getməsi üçün fövqəladə planları müzakirə edirlər. Polşa xalqına və hökumətinə ukraynalılara göstərdikləri böyük yardıma görə təşəkkür edən Qrinfild, noyabrın 8-də Ukraynaya da səfər etdiyini xatırladıb. Qrinfild jurnalistin ABŞ-da keçirilən aralıq seçkilərinin Kiyevə dəstəyə təsiri ilə bağlı sualına üzərinə: " Mən heç fikirləşmirdim ki, bizim Ukraynaya dəstəyimiz ikitərəflidir, ona görə də seçkilərin bu dəstəyə heç bir təsiri olmayacaq. Bilirəm ki, Bayden Rusiyanın Ukraynaya əsassız hücumları bitənə qədər Ukraynanın ehtiyac duyduğu dəstəyi almaq üçün Konqreslə işləməyə davam edəcək", - deyib.

Məhəmməd Tağıyev

 





11.11.2022    çap et  çap et