525.Az

16-20 noyabrda məktəblərdə payız tətili olacaq


 

16-20 noyabrda məktəblərdə payız tətili olacaq<b style="color:red"></b>

Noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.

Elm və Təhsil Nazirliyindən 525.az-a verilən xəbərə görə, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

 





11.11.2022    çap et  çap et