525.Az

Yuxarı sinif şagirdləri üçün payız düşərgəsi təşkil edilib


 

Yuxarı sinif şagirdləri üçün payız düşərgəsi təşkil edilib<b style="color:red"></b>


Riyaziyyat fənni üzrə olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və məktəblilərimizin beynəlxalq olimpiada nailiyyətlərinin daha da yüksəldilməsi məqsədilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində 8-11-ci sinif şagirdləri üçün payız düşərgəsi təşkil edilib.

Bu barədə 525.az-a Təhsil İnstitutundan bildirilib. Xəzər Universitetinin professoru Nazim Kərimov, ADA Universitetinin dosenti Yaqub Əliyev, beynəlxalq olimpiadaya hazırlıq komandasının müəllimləri İsmət Ağayev və Vüqar Quliyev 4 gün ərzində düşərgə iştirakçılarına yeni mövzuları və əvvəlki olimpiadalarda təqdim olunan sualları izah ediblər.

Sevinc Qarayeva
 

 

 





11.11.2022    çap et  çap et