525.Az

"Dərslər quru keçirilməməlidir"


 

"Dərslər quru keçirilməməlidir"<b style="color:red"></b>

“Universitetlərimizlə məktəblər arasında əlaqələr yaradılmalı,həmçinin keyfiyyətin yaxşılaşdırılması üçün bir çox məqamlara diqqət edilməlidir”.

525.az xəbər verir ki, bunu millət vəkili Kamilə Əliyeva deyib. O bildirib ki, universitet müəlliminin yazdığı dərslik dil-üslüb baxımından orta məktəblər üçün arzuolunan səviyyədə deyil. Ümumi təhsil məktəblərinin dərslikləri elə o təhsil səviyyəsində çalışan müəllimlər tərəfindən yazılmalıdır. Məktəblərimizdə kifayət qədər savadlı, təcrübəli, istedadlı müəllimlərimiz var. Bu işi onlara əmanət etmək lazımdır:

«Universitetlərimizdə də tədris sadəcə müəllimlərin mühazirə oxuması və tələbələrin hazır ədəbiyyatlardan istifadə edərək qiymətləndirilməsindən ibarət olmamalıdır. Ali təhsildə dərslər müzakirə şəklində təşkil edilməli,müəllim-tələbə dialoquna əsaslanmalıdır. Müəllimin verdiyi ədəbiyyat siyahısı ilə kifayətlənmək tələbənin yüksək öyrənmə bacarıqlarının formalaşdırılması baxımından ürəkaçan deyil. Dərslər quru keçirilməməlidir".

Sevinc Qarayeva 


 

 





11.11.2022    çap et  çap et