525.Az

Almaniyada inflyasiya rekord həddə çatıb


 

Almaniyada inflyasiya rekord həddə çatıb<b style="color:red"></b>

Avropa Birliyi standartlarından ayrı yerli statistikaya görə, Almaniyada inflyasiya oktyabr ayında illik 10,4 faiz, aylıq isə 0,9 faiz artıb. 

525.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin təsiri ilə enerji xərclərinin daim artdığı Almaniyada illik inflyasiya rekord qırıb. 

Almaniya Federal Statistika İdarəsi oktyabr ayı üzrə yekun rəqəmləri paylaşıb. Buna görə ölkədə illik inflyasiya Oktyabr ayında 10,4 faizə yüksəlib. 

Bu, 1951-ci ildən bəri ən yüksək səviyyədir. Enerji qiymətlərinin illik 43 faiz artdığı vurğulanıb. Ölkədə ərzaq qiymətlərində illik  20 faiz artım olub.

Malik Atilay

 





11.11.2022    çap et  çap et