525.Az

Polşanın Baş naziri Moravetski ölkəsinin müstəqillik uğrunda mübarizəsini Ukraynaya bənzədib


 

Polşanın Baş naziri Moravetski ölkəsinin müstəqillik uğrunda mübarizəsini Ukraynaya bənzədib<b style="color:red"></b>

Polşanın Baş naziri Mateusz Moravetski ölkəsinin keçmiş müstəqillik mübarizəsinin Ukraynanın Rusiyaya qarşı mübarizəsinə bənzədiyini bildirib. 

525.az xəbər verir ki, Baş nazirlikdən verilən açıqlamada Moravetskinin beynəlxalq media üçün "Qərb təhlükəsizliyinin əsası olaraq müstəqil Polşa" başlıqlı köşə yazısı olduğu bildirilib. 

Polşanın 1918-ci il noyabrın 11-dək 123 il tarix səhnəsindən silindiyini xatırladan Moravetski: "Polşanın süqutunun və sonradan dirilməsinin tarixi hər bir polyak üçün vacib bilikdir. Təəssüf ki, Qərbdə çox az şey məlumdur. Bizim Polşa-Litva Birliyinin dağılması ilə bağlı hekayəmiz var. Polşa-Litva Birliyi kimi tanınan ölkə qonşuları tərəfindən hücuma məruz qalıb və sıxışdırılıb. Nəinki Polşa xalqı, hətta litvalılar da azadlıqdan məhrum ediliblər və ukraynalılar azadlıqdan məhrum ediliblər”, - deyib 

Məqaləsində Polşanın müstəqilliyini əldə etdikdən sonra demokratik ölkə olmaq üçün atdığı addımlara toxunan Moravetski Polşanın keçmişdəki müstəqillik mübarizəsinin Ukraynanın Rusiyaya qarşı müharibəsinə heyrətamiz dərəcədə bənzədiyini ifadə edərək, bu ifadələri işlədib: "Rusiya Ukraynanı işğal edəndə heç kim Kiyevin qalib gələ biləcəyinə inanmırdı. Bir əsr əvvəl Polşanın da taleyi möhürlənmiş görünürdü, lakin o, belə olmadığını sübut etdi. Biz Polşanın gələcək nəsilləri üçün ölkənin müstəqilliyini düşünürük. NATO-nun şərqini Polşa bütün gücüylə qoruyur. Qərb ölkələri yüz il əvvəl olduğu kimi bu gün də Polşaya arxalana bilər”.

Malik Atilay

 





11.11.2022    çap et  çap et