525.Az

“Mən ölməyə deyil, öldürməyə gedirəm, qızım Nazlıya yaxşı baxın!”


 

 “Mən ölməyə deyil, öldürməyə gedirəm, qızım Nazlıya yaxşı baxın!” <b style="color:red"></b>

 
Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid qardaşlarımızdan biri də şəhid Qənbərov Bilal Xanlar Oğludur.

Şəhid Qənbərov Bilal Xanlar Oğlu 1993-cü il sentyabrın 29-da Bakı şəhərində anadan olub. 2000-2001-ci illərdə Səbayıl rayonu Birinci Qarabağ şəhidi Etibar Əliyev adına 162 saylı orta məktəbdə təhsil alıb.  

Uşaq vaxtı həddindən çox ərköyün idi, məhlədə hər kəsin təsifin çəkərdi. Dostalrın çox istyirdi. Uşaqlıqdan əməyi çox sevirdi.

2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Yanvarın 5-də hərbi xidmətdən tərxis olunmuş Bilal Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.

Vətən müharibəsi ərəfəsində Bilal Qənbərov əvvəlcə Ağcəbədidə yerləşən “N” saylı hərbi hissədə təlimlərə qatılıb. Anası Gültəkin xanımla telefonla danışanda tezliklə döyüşlərdə iştirak etmək üçün ön cəbhəyə göndəriləcəyini bildirib: 

“Bilal 2018-ci ildə hərbi xidmətə getdi, 2020-ci ildə geri qayıtdı. Qayıdanda dedi ki, ana, müharibə olacaq, əgər olsa, mən gedəcəyəm. 
Mən gedib ora könüllü yazılmışam, son müddət hərbi biletində görmüşəm ki, könüllü yazılıbmış. Hazırda qazi olan əsgər yoldaşı bu yaxınlarda mənə dedi ki, biz birlikdə könüllü yazılmışdıq, o, sadəcə siz narazı olmayasız deyə evə xəbər etməmişdi. 
Müharibəyə gedəndən sonra zəng etmişdi. Deyirdi, cəbhədə ağır döyüşlər gedir. Yaxın günlərdə bizi də ön cəbhəyə aparacaqlar, döyüşlərdə iştirak etmək üçün hazırıq. Boyunbağım belə hazırdır. Onun içərisində ad-soyadım var. Müharibədir, əgər şəhid olsam, onun köməyi ilə kimliyimi müəyyən etmək mümkün olacaq. Amma mən ölməyi deyil, öldürməyi, qələbə ilə sağ-salamat qayıtmağı düşünürəm”.

Şəhidin bacısı Aidə xanım xatirərindən danışır ki,  2020-ci ildə yanvarda qardaşım hərbidən yeni gəlmişdi: “2020-ci il Tovuz döyüşlərində general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev şəhid olanda qardaşım dənizdə işləyirdi, çox narahat idi. Mənə səs atdı ki, dört bir yanmız sulardır əlim yetmir çox narahatam burda kaş məndə onların yanıda olardım. Genralımız şəhid olub biz durub baxa bilmərik! Gələn kimi mən hökmən hərbiyə gedəcəyəm. 

Bilalın ən böyük arzularından biri ali təhsil alıb yaxşı bir peşəyə sahib olmaq, qızı Nazlını hərtərəfli böyütmək idi. Boş vaxtlarını onunla keçirər, qızına qayğı göstərərdi. Ailəli idi, bir qız övladı var. Bütün varlığı ilə qızına bağlı idi. Övladı ilə selfi çəkirdi, onunla uşaq kimi oynayırdı. 

49-nömrəli orta məktəbin həyətində qardaşımı yola salırdıq, dedim sənə sadə telefon alım. Dedi narahat olma mənə telefon lazım deyil, bəyəm mən döyüşdə erməniyə deyəcəyəm ki, bir dəqiqə gözlə mənə evdən zəng gəlir? Çox zaraftcıl idi. Yola düşəndə son sözü bu oldu ki, narahat olma hər şey yaxşı olacaq. Şuşa da bizim olacaq, o torpaqlar da, daha bu yoldan dönüş yoxdur. Onu deyə - deyə, gülə - gülə yola saldıq. Bilal yola düşərkən qələbə ilə qayıdacağını bildirdi. Şuşaya bayraq sancmaq isə ən böyük arzusu idi. Arzusunun da arxasınca getdi” (red. ağlayır..)   

Sonuncu dəfə 31 oktyabrda sonuncu dəfə telefonla danşdıq. Tezdən saat 7-də dedi ki, Şuşya giririk, hamımızla sağollaşdı, telefonun kodunu verdi və maaş kartının kodunu veri mənə. Dedi ki, burda vəziyyət çox qarışıqdır, nəsib olsa, görüşərik”.

Şəhid anası Gültəkin xanım deyir ki, oğlu 2020-ci il 29 sentyabrda- öz ad günündə hərbi xidmətə çağrılıb və gizir kimi gedib:   

“28 sentyabrda səhəri doğum gününü qeyd etməyə hazırlaşırdıq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsindən zəng gəldi. 29-u günü səhər saat 5-də getdi. Döyüş yolu Füzuli, Cəbrayıl, Hadrut, Şuşa istiqamətində olub. Lakin hələ ki Xocavənd və Cəbrayıl istiqamətindəki döyüşləri ilə bağlı medalları verilməyib. Balam döyüşə gedəndə qızının 3 yaşı vardı, gələn il fevralın 2-də 6 yaşı tamam olacaq. dövlətimizin dəstəyilə təmənasız, Nərimanov rayonunda yerləşən modern tipli məktəb-bağça kompleksində tədris alır. 
Bilalın adı ata babasının adıdır,  o da 1941-45 illərin İkinci Dünya müharibəsi iştrakçısıdır. Qəhrəman babasının adını daşıyırdı.

Tez-tez oğlumla danışırdım. Deyirdi hər şey yaxşıdır. Ac-susuz deyilik, hər şey gözəldir burda. Bir dəfə dedi ki, Prezdentin çıxışları bizi ön cəbhədə çox ruhlandırır. Heç bir qorxacaq çəkinəcəyimiz yoxdur, ermənilər siçan kimi qaçıb girirlər yerə. Daim irəli, araxaya yol yoxdur, bunu əminliklə bilirik, bizi Vətən, torpaq çağırır. Dedi, ana, bu gecə yatma bizə dua et.  Hər şeyimiz var, bircə duamız çatmır. Dedim ki, sizin üçün təkcə Azərbaycan anaları deyil, bütün dünyada yaşayan azərbaycanlılar dua edir. Bilalla təxminən oktyabrın sonuna yaxın danışdıq dedi ki, başı dumanlı dağların yaxınlığındayıq”. 

Atası Xanlar Qəmbərovun dediyinə görə Bilal ona ancaq rəsmi açıqlanan məlumatlar qədər danışıb, əlavə heç nə demirmiş:

“Deyirdi əlavə məlumat verə bilmərik. Bilal Hadrurt istiqamətində döyüşlərdə də iştirak edib. Oradakı düşmən istehkamları Azərbaycan Ordusunun hücumunun qarşısını ala bilməyib. Artıq oktyabrın 9-da Hadrut qəsəbəsi işğaldan azad edilmişdi. Nəticədə Ermənistan Silahlı Qüvvələrinin Füzuli və Cəbrayıl istiqamətində yerləşən hərbi hissələrinin həm idarəedilməsi, həm də təchizatı pozulub. Çünki idarəetmə Hadrutdan həyata keçirilirdi. Bilal Hadrut azad olduqdan bir gün sonra bizimlə danışdı. 

Oktyabrın 10-da onunla danışa bildik. Səsi çox yaxşı gəlirdi, sevinirdi. Düşməni necə məhv elədiklərindən bəhs edirdi. Oktyabrın 11-də səhər tezdən də danışdıq, yaxşıyam dedi, sağollaşdı. Ondan sonra Bilaldan 4 gün xəbər çıxmadı. Həmin vaxt məhəlləmizə 2 şəhid gətirildi. Biz fikirləşirdik ki, yəqin Bilala da nəsə olub. Bir də oktyabrın 15-də evlə əlaqə saxladı. Hadrutda olduğunu dedi. Üç gün itkin düşübmüş. Başına gələnləri telefonda danışa bilmədi. Ancaq onu dedi ki, SMS yazmayın, telefonun ekranı işləmir. Məhəlləmizin şəhidlərdən də xəbəri var idi”. 

Bilal Qənbərov Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə də savaşdı, oktyabrın 17-də Füzulini düşməndən azad etdilər. Bilalın qazi dostu Elşad deyir: “Füzuli şəhəri uğrunda gedən döyüşlərə qədər birlikdə olduq. Aramızda iki Bilal var idi. Qənbərov Bilalı saç rənginə görə "Sarı" ləqəbi ilə çağırırdıq. O, çox zarafatcıl, tez ünsiyyət qura bilən pozitiv, mərhəmətli bir dost idi. Müharibə şəraitində yaşadığımız çətinliklərə baxmayaraq, öz zarafatlarından qalmırdı və komandanın əhvalını yüksəldirdi. Həmişə qızından danışırdı. İlk gündən etibarən bir yerdə olsaq da, Füzulidə yollarımız ayrıldı. Çünki mən yaralandım və yoldaşlarımdan xəbərsiz ayrı düşdüm. Sonradan eşitdim ki, Füzuli şəhərinin azad olunmasında iştirak edib”.

Döyüş yoldaşı  qazi Həsənov Fərid İlham oğlu danışır ki, 17 oktyabra kimi bir yerdəydik, sonra bölündük. Bilal dedi ki, mən Şuşa istiqamətində getmək istəyirəm, ora bayrağı özüm sancacağam. O, həmin istiqamətdə qəlpə yarası almışdı,  komandirlər nə qədər desə də, geri dönməyib, deyib ki, 5-6 günümüz var Şuşaya çatacağıq. 

Şəhid anası deyir ki, döyüş yoldaşı İmanov İmaməli gəlmişdi, gözündən qəlpə  yaraları almışdı. Bilalı vurulandan sonra gec də olsa, həmin ərazidən bu oğlan çıxardıb: “Deyir güllə yağış kimi yağırdı. Bir neçe saat sonra çıxardıb. Gözünü açıb deyib, İmanov, məni burdan çıxart.12 kilometr yolu piyada dağlardan düşürdüblər, Xocavəndin hospitalına gətiriblər. Noyabrın 3-dən 4-nə keçən gecə şəhid olub. 

5 noyabr işdən icazə aldım ki, gedim nəvəmin yanına. Gördüm qapımız döyülür, jekdən bir nəfər qadındır, rayon icra hakimiyyətindən bir nəfər. Bilalı soruşdular. Dedim, nə olub ki, oğluma? Fikirləşdim, yaralı olsa, hospitala aparadılar, evimə niyə gətirsinlər? Sonra gördüm küçələr süpürülür, bayraqlar düzülür.. Oğlum şəhid olub...

Mən bütün şəhidlərimizlə, qazilərimizlə fəxr edirəm. Bizim 30 illik Vətən həsrətimizi, ləyaqətimizi geri qaytardılar. Ölkəmizə sülh, əmin-amanlıq diləyirəm. Başda Ali Baş Komandanımız olmaqla, xalqımıza, millətmizə  öz təşəkkürümü bildirirəm. Torpaqlar onların hesabına alındı, bizim balaca fidanlar o şəhidləri unutmasın. Daha heç bir övlad şəhid olmasın, müharibə olmasın, həmişə əmin-amanlıq olsun. Ermənilərin mənfur əlləri bu torpaqlardan əl çəksin. Həmişə deyirdim, Allahım, oğlum Vətəninə layiqli övlad olsun. Qarabağ əsilli vətəndaşlarımız gedib torpaqları öpüb, qucaqlayıb, təşəkkür edirlər. Mən oğlumla qürur duyuram!  Bilal Şuşanı çox sevirdi, ən böyük arzum orada oğlumun adına küçə verilməsidir, onun adı əbədi yaşasın”.

Azərbaycan Ordusunun əsgəri olan Şəhid Qənbərov Bilal Xanlar Oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Fizluli, Cəbrayıl, Hadrud, Şuşa uğurunda döyüşlərdə qəhramancasına döyüşərək həlak olmuşdur. Ölmündən sonar "Vətən uğrunda", “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub

Gürcüstanın Bolnisi rayonunda şəhidin adına bulaq var, Səbail rayon 162-nömrəli məktəbdə adına baralyefi var, yaşadığı küçədə ailəsinin şəxsi vəsaiti hesabına xatirə löhfəsi hazırlanıb. Digər xatirə bulaq kompleksi  isə Ədliyyə Nazirliyinin Pentesiar Xidmətinin dəstəyi ilə inşa olunub. 

Şəhid Bilal Qəmbərov Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub. Ruhun şad olsun, şəhid qardaşım! 
 


 

 





12.11.2022    çap et  çap et