525.Az

Prezident Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin fəxri diplomla təltif edilməsi haqqında Sərəncam imzalayıb


 

Prezident Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin fəxri diplomla təltif edilməsi haqqında Sərəncam imzalayıb<b style="color:red"></b>

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

525.az xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

İsayev Xəzər Ağali oğlu

Meftahəddinova Zemfira Əli qızı

Rəhimov Nazir Həzrətqulu oğlu

Şabanova Rəfiqə Mahmud qızı.

 





12.11.2022    çap et  çap et